İdman

FFF Prezidenti Zidandan üzr istədi

10 Yanvar 2023 08:40
Baxış: 691
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının Prezidenti Noel Le Qrey deyib.

O, müsahibəsində bu sözləri deyərək millinin keçmiş üzvü Zinəddin Zidandan üzr istəyib:

"Mən Fransa futbolunun iki nəhəngi olan Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Lakin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir".

Qeyd edək ki, FFF-nin rəhbəri açıqlamasında Zidanın millinin baş məşqçisi postuna namizəd olmadığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.