İdman

Bu klub da Kadinin transferindən pul qazanacaq

10 Yanvar 2023 07:05
Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın "Koritiba" klubu Kadi Borgesin "Qarabağ"dan "Krasnodar"a transferindən pul qazanacaq.

FİFA-nın həmrəylik mexanizminə əsasən, 12 yaşdan 23 yaşadək futbolçunun yetişdirilməsinə cavabdeh olan klub futbolçunun bir sonrakı transferindən ümumi məbləğin 5 faizinə qədərini almalıdır.  Braziliyalı futbolçunun keçidi üçün "Qarabağ"a 4 milyon 800 min avro ödəniləcək. Bu məbləğin 5 faizi -  təqribən 240 min avro "Koritiba"ya çatacaq.

Qeyd edək ki, K.Borges "Krasnodar"la 2026-cı ilin iyununa kimi müqavilə imzalayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.