İdman

Bəhlul dünənki oyundan danışdı - VİDEO

11 Oktyabr 2025 20:21
Baxış: 450
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Azarkeşlərin haqqımda təriflər etməsi müsbət təsir göstərir. Bu, futbolçu olaraq bizim işimizdir. Milli komandanın tərkibindəyiksə, ikiqat diqqətli olmalıyıq".

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa-Azərbaycan (3:0) matçından sonra sosial şəbəkələrdə gündəm olan yığmamızın futbolçusu Bəhlul Mustafazadə bildirib.

B. Mustafazadə oyunla bağlı təəssüratlarını da bölüşüb:

"Düşünürəm ki, ilk hissə daha yaxşı oynadıq. Rəqibin hücumlarının qarşısını alırdıq. Təəssüflər olsun ki, qol buraxdıq. Dediyim kimi, bəlkə də o qolu buraxmasaydıq, daha fərqli ikinci hissə izləyə bilərdik. Yenə də apardığımız mübarizə bu rəqibə qarşı yaxşı alındı. Daha yaxşı çıxış edə bilərik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.