Şou-biznes

"Cabir İmanovun qızları Londonda təhsil alır"

11 Oktyabr 2025 18:43
Baxış: 667
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.

Aktrisa "Astar" yutub layihəsində bu haqda söhbət açıb. O bildirib ki, C.İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib:

"Onu hər zaman verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən zarafatlar edirsən, deyib gülürsən. Anlayan, anlamayan olur. Götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olurlar. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki... Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım".

D.Əliyeva C.İmanovun övladlarından danışaraq "Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi" sözlərini əlavə edib. 

Qeyd edək ki, C.İmanov iki dəfə ailəli olub. Onun birinci nikahdan 2 qız, ikinci evlilikdən 2 oğul övladı var. Aktyor bir neçə gün əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişib. (Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.