İdman

Ronaldo burada qalacaq: 17 otaq tutub

8 Yanvar 2023 20:02
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl Nəsr"ə keçdikdən sonra bir ay Ər-Riyaddakı 99 mərtəbəli "Kingdom Tower"-də qalacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Kristiano Ronaldo, ailəsi, dostları və təhlükəsizlik işçiləri dəbdəbəli oteldə 17 otaq tutublar. Kriştianonun otağı futbolçunun İngiltərədə yaşadığı əksər mənzillərdən böyükdür.

Bu otaqların Ronaldoya 280.000 avrodan baha başa gələcəyi gözlənilir. Otelin saytında deyilir ki, lüks otaqdan Ər-Riyadın panoramik mənzərəsi təqdim edilir; orada zərif mətbəx, qonaq otağı və ofis var.

Portuqaliyalı ulduz şam yeməyində təzə inqrediyentlərlə hazırlanan Çin, Yaponiya, Hindistan və Yaxın Şərq yeməklərindən ləzzət ala biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.