İdman

"Traktor"un oyunçusu "Neftçi"yə keçir?

7 Yanvar 2023 08:42
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təbrizin "Traktor" klubunun baş direktoru Eyyub Behtac futbolçuları Höccət Haqverdinin "Neftçi"yə keçəcəyinə dair məlumatlara münasibət bildirib.

Klub rəsmisi o, H.Haqverdinin klubdan ayrıldığını təsdiqləyib.

Onun sözlərinə görə, onlar H.Haqverdidən klub qarşısında öhdəliyi yerinə yetirməsini gözləyiblər:

"O, Azərbaycan millisinin düşərgəsində olduğundan "Traktor"un Türkiyədəki təlim-məşq toplanışında iştirak etmədi. Təbrizə qayıtdıqdan sonra isə bildirdi ki, zədə alıb. Höccət klubun müşahidəsi altında müalicə olundu, yekunda isə zədəsini sağalda bilmədi".

Eyyub Behtac deyib ki, "Traktor"un yeni baş məşqçisi, ispan Pako Xemez gəldikdən sonra H.Haqverdiyə məşqlərdə iştirak şansı verməyib: "Ona görə də bu oyunçununun klubdan getməsi 100 faiz idi. İndi biz Xemezdən həmin futbolçunun yerinə kimi gətirəcəyini gözləyirik".

Xatırladaq ki, H.Haqverdinin qış transfer pəncərəsi dövründə "Neftçi"yə keçdiyinə dair xəbərlər yayılıb. Hələlik klub onun transferi ilə bağlı rəsmi açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.