İdman

Azərbaycan şahmatçıları Almatıda mübarizəyə başlayıb

27 Dekabr 2022 08:33
Baxış: 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində dünya çempionatında mübarizəyə başlayıb.

Turnirdə kişilərin yarışında Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlardan isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva çıxış edir.

İlk gündə rapid növündə beş tur oynanılıb. Kişilərdən ibarət yığmanın lideri Məmmədyarov yarışa 3 qələbə, 2 heç-heçə ilə başlayıb. Durarbəyli 1 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət, Süleymanlı 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Əsədli 4 qələbə, 1 heç-heçə, Muradlı 3 qələbə, 2 məğlubiyyət, Qədimbəyli və Məmmədov isə hərəyə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə yadda qalıb.

Qadınların mübarizəsində Məmmədzadə 3 qələbə, 1 heç-heçə, Məmmədova, Fətəliyeva və hacızadə hərəyə 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Balacayeva 3 qələbə, 1 məğlubiyyət, Beydullayeva isə 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.