İdman

Ukrayna FİFA və UEFA-dan xaric edilə bilər

19 Dekabr 2022 23:03
Baxış: 1 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Futbol Assosiasiyası (UAF) FİFA və UEFA-dan xaric edilə bilər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna ölkədə üçüncü tərəflərin qurumun işinə müdaxilə etməsi səbəb göstərilib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, hər iki təşkilat artıq bununla bağlı UAF-a xəbərdarlıq məktubu göndərib.

Assosiasiyanın vitse-prezidenti Oleq Protasov özünün sosial şəbəkə hesabında FİFA və UEFA-nın mümkün sanksiyalarını paylaşaraq, qurumun nüfuzlu təşkilatlardan çıxarıla biləcəyini xatırladıb. Ukrayna mətbuatının iddiasına görə, iclasda qurumun hazırkı prezidenti Andrey Pavelkonun istefaya göndərilməsi və onun yerinə Andrey Şevçenkonun təyinatına səs verilməsi planlaşdırılır.

Xatırladaq ki, Pavelko bu ilin noyabrında maliyyə fırıldaqçılığında şübhəli bilinərək həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.