İdman

“Milan” onun üçün “Çelsi”dən 150 milyon tələb etdi

13 Dekabr 2022 17:09
Baxış: 983
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Milan" portuqaliyalı vinqer Rafael Leau ilə yollarını ayırmağa hazırdır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı jurnalist Florian Plettenberq məlumat verib.

Onun sözlərinə görə, dünya çempionatı zamanı italyanlara "Çelsi"dən təklif gəlib. London klubu futbolçunu 70 milyon avroya almaq istəsə də, buna nail ola bilməyib. San Siroda yarımmüdafiəçinin satışından ən azı 150 milyon avro əldə etmək istədiklərini açıq şəkildə bildiriblər.

Xatırladaq ki, 23 yaşlı Leau 2019-cu ilin avqustundan "qırmızı-qaralar"da çıxış edir. O, Fransanın "Lill"indən 29,50 milyon avroya alınıb.

Cinah oyunçusu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb və 6 qol vurub. Onun hesabında 5 məhsuldar ötürmə də var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.