İdman

İngiltərə millisi 16 ildən sonra qrup lideri olub, Keyn Bekhemin uğurunu təkrarlayıb

30 Noyabr 2022 09:51
Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə yığması 16 ildən sonra dünya çempionatının qrup mərhələsini lider kimi başa vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, Qaret Sautgeytin baş məşqçi olduğu komanda buna Qətərdə keçirilən mundialda nail olub.

Milli son olaraq 2006-cı ildə bunu bacarıb. Britaniyalılar həmin vaxt 1/4 finalda Portuqaliyaya uduzmuşdu.

İngiltərəli hücumçu Harri Keyn 20 ildən sonra Devid Bekhemin nailiyyətini təkrarlayıb. 29 yaşlı forvard qrup mərhələsində 3 məhsuldar ötürmə ilə yadda qalıb. 2002-ci ildə Bekhem üç assist müəllifi olmuşdu.

B qrupunu 7 xalla ilk sırada bitirən britaniyalılar 1/8 final mərhələsində Seneqalla üz-üzə gələcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.