İdman

DÇ-2022: "Çempionatda çox səs-küy olacaq"

26 Noyabr 2022 17:56
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən əsəbi deyiləm. Bu oyunda özümüzü göstərməli idik. Komandanın əhval-ruhiyyəsindən razıyam. İlk iki müdafiə xəttini keçmək çətin olan rəqiblə oynadıq. Düşünürəm ki, oyuna nəzarət edirdik, lakin son mərhələdə bir az kəskinlik çatışmırdı. ABŞ sərt, yaxşı, atletik rəqibdir. İrana qarşı oyundakı yüksək səviyyəni təkrar etməyin çətin olacağını bilirdim".

Milli.Az matc.az-a istinadən bildirir ki, bu sözləri İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin qrup mərhələsinin II turunda ABŞ-la oyunu (0:0) şərh edərkən deyib.

O, DÇ-2022 zamanı  çox səs-küy olacağını bildirib: "Əminəm ki, çempionatda çox səs-küy olacaq. Bu, səs-küy turniridir. Öz yolumuzdayıq, qrup mərhələsinin başa çatmasına az qalıb. Qrup qalibi ola bilərik, bu bizim məqsədimiz olmalıdır".

Qeyd edək ki, İngiltərə 4 xalla B qrupunda liderdir. Yığma 3-cü turda noyabrın 29-u Uelslə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.