İdman

"Azərbaycan üçün tarixi nəticədir" Canni de Byazi

20 Noyabr 2022 19:44
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təəssüf ki, ilk 15 dəqiqə yaxşı oynamadıq. Komandamın bu cür futbol oynamasını heç vaxt istəməmişəm".

Bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Şimali Makedoniya ilə keçirilən yoldaşlıq görüşündən sonra deyib.

Skopyedə rəqibinin qonağı olan yığmamız əzmkar qələbə (3:1) qazanaraq, ardıcıl qalibiyyət seriyasını 5-ə yüksəldib.

Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: "Topla yaxşı oynaya bilmirdik, onu hara gəldi vururduq. Gözlənilməz qol buraxdıq. Daha sonra yaxşı reaksiya verə bildik, fərqləndik. Rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı və ikinci qolu vurduq. Şimali Makedoniya millisinin də iki qol vurmaq şansı oldu".

De Byazinin fikrincə, ardıcıl qalibiyyətlər martda start götürəcək AVRO-2024 üçün vacib amildir: "Hər dəfə deyirdim ki, bəzi şeylərin reallaşması üçün müəyyən qədər zamana ehtiyacımız var. Futbolçularımdan həmişə yerlə oynamalarını, daha çox topla oynamalarını və rəqibə çətinlik yaratmalarını istəmişəm. Ardıcıl beş oyundur qələbə qazanırıq. Azərbaycan üçün tarixi nəticədir. İlk dəfədir Şimali Makedoniya üzərində qələbə qazandıq. AÇ-2024-ün seçmə oyunlarından əvvəl bizim üçün vacib test oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.