İdman

“Mançester Yunayted” Ronaldunu məhkəməyə verəcək

18 Noyabr 2022 23:34
Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" hücumçusu Kriştianu Ronaldunu məhkəməyə verir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə klubu bu yaxınlarda verdiyi müsahibədə "qırmızı şeytanlar" haqda xoşagəlməz danışan portuqaliyalı futbolçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub.

Ronaldu "The Sun"a "Mançester Yunayted"in xəyanətindən, həmçinin Erik ten Haaqın etdiyi hörmətsizlikdən danışıb. Portuqaliyalı futbolçu həmçinin 2021-ci ilin yayında keçmiş komandasına qayıtmazdan əvvəl "Mançester City"yə keçməyə yaxın olduğunu açıqlayıb. Mətbuatda yayılan açıqlamalara görə klubun hücumçunu 1 milyon funt-sterlinq cərimə edəcəyi bildirilib.

Xatırladaq ki, 37 yaşlı Ronaldu İngiltərə çempionatının 12-ci turunda London "Tottenhem"i ilə oyunda final fiti çalınmamış "Old Trafford" stadionunu tərk etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.