İdman

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər

12 Noyabr 2022 16:22
Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilə bilər.

Milli.Az "Report"a istinadən xəbər verir ki, buna səbəb yarışın Çin mərhələsinin təşkilinin sual altına düşməsidir. Şanxay trasında keçirilən Qran-prinin ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin pisləşməsinə görə təxirə salınacağı istisna olunmur.

Bu baş verərsə, Çin Qran-prisindən əvvəlki və sonrakı yarışlar arasında 4 həftəlik fasilə yaranacaq. Bu isə təşkilatçılara sərf etmir. Məhz həmin fasiləni 3 həftəyə endirmək üçün Azərbaycan Qran-prisi nəzərdə tutulan vaxtdan 1 həftə tez keçirlə bilər.

Qeyd edək ki, "Formula 1"in rəsmi saytının açıqladığı təqvimdə Bakıdakı yarışın 28 - 30 apreldə olacağı göstərilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.