İdman

İstanbul derbisində "Qalatasaray" qalib gəldi

5 Noyabr 2022 23:22
Baxış: 1 324
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

"Qalatasaray" 12-ci turda evdə "Beşiktaş"ı qəbul edib.

Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Mauro İkardi açıb. 28-ci dəqiqədə Cenk Tosun bərabərlik qolunu vurub. İkardi 59-cu dəqiqədə özünün və komandasının 2-ci qoluna imza atıb. Beləliklə, "Qalatasaray" "Beşiktaş"ı məğlub edib - 2:1.

Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 24 xalla 2-ci, "Beşiktaş" isə 22 xalla 5-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.