İdman

Konfrans Liqası: Pley-offun bütün iştirakçıları bəlli oldu

4 Noyabr 2022 07:21
Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Konfrans Liqasında qrup mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu turun oyunlarından sonra növbəti mərhələyə vəsiqə qazanan bütün komandalar bəlli olub.

Daha öncə Türkiyənin "Başakşəhər" və "Sivasspor", İtaliyanın "Fiorentina", İngiltərənin "Vest Hem", İspaniyanın "Vilyarreal", Niderlandın "Alkmaar", Ukraynanın "Dnepr-1" və İsveçin "Yurqorden" komandaları qrupdan çıxmağı təmin etmişdilər.

Pley-offa adlayan digər 8 kollektivin adına isə son turdan sonra aydınlıq gəlib. Bu gün Belçikanın "Anderlext" və "Gent", Polşanın "Lex", Fransanın "Nitsa", Serbiyanın "Partizan", Rumıniyanın ÇFR, Slovakiyanın "Slovan", İsveçrənin "Bazel" komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
3 noyabr

A qrupu

RFS (Latviya) - Fiorentina (İtaliya) 0:3
Qol: Barak, 7. Kabral, 44. Saponara, 45+2.

Başakşəhər (Türkiyə) - Harts (Şotlandiya) 3:1
Qol: Ndayişimiye, 4. S.Gürlər, 33. B.Özcan, 64 - Atkinson, 90.

Xal: Başakşəhər - 13. Fiorentina - 13. Harts - 6. RFS - 2.

B qrupu

Styaua (Rumıniya) - Vest Hem (İngiltərə) 0:3
Qol: Fornals, 40; 65. Dava, 56-öz qapısına.

Silkeborq (Danimarka) - Anderlext (Belçika) 0:2
Qol: Refaelov, 20. Raman, 90+5.

Xal: Vest Hem - 18. Anderlext - 8. Silkeborq - 6. Styaua - 2.

C qrupu

Lex (Polşa) - Vilyarreal (İspaniya) 3:0
Qol: Velde, 27. Skoras, 51; 77.

Hapoel (Ber-Şeva, İsrail) - Austriya (Vyana, Avstriya) 4:0
Qol: Yehezkel, 30. Safuri, 33. Şexter, 63. Handl, 73-öz qapısına.

Xal: Vilyarreal - 13. Lex - 9. Hapoel - 7. Austriya - 2.

D qrupu

Partizan (Serbiya) - Slovaçko (Çexiya) 1:1
Qol: Natxo, 41-pen - Mihalik, 73.

Köln (Almaniya) - Nitsa (Fransa) 2:2
Qol: Huseinbaşiç, 48. Duda, 60 - Laborde, 40. Brahimi, 43.

Xal: Nitsa - 9. Partizan - 9. Köln - 8. Slovaçko - 5.

E qrupu

Apollon (Limassol, Kipr) - Vaduts (Lixtenşteyn) 1:0
Qol: Roberge, 32.

Alkmaar (Niderland) - Dnepr-1 (Ukrayna) 2:1
Qol: Odqaar, 8. Pavlidis, 87 - Dovbık, 40.

Xal: Alkmaar - 15. Dnepr-1 - 10. Apollon - 7. Vaduts - 2.

F qrupu

Yurqorden (İsveç) - Şemrok Rovers (İrlandiya) 1:0
Qol: Eriksson, 19.

Gent (Belçika) - Molde (Norveç) 4:0
Qol: Hyulsager, 52. Qodeau, 62. Kums, 80. Kuypers, 89-pen.

Xal: Yurqorden - 16. Gent - 8. Molde - 7. Şemrok Rovers - 2.

G qrupu

Slaviya (Praqa, Çexiya) - Sivasspor (Türkiyə) 1:1
Qol: Qutas, 65-öz qapısına - Qradel, 28-pen.

ÇFR (Rumıniya) - Balkani (Kosovo) 1:0
Qol: Boatenq, 17.

Xal: Sivasspor - 11. ÇFR - 10. Slaviya - 8. Balkani - 4.

H qrupu

Jalgiris (Litva) - Slovan (Bratislava, Slovakiya) 1:2
Qol: Kyereme, 47 - Çavriç, 15; 23.

Pünik (Ermənistan) - Bazel (İsveçrə) 1:2
Qol: Yuriçiç, 71 - Males, 17. Kade, 29.

Xal: Slovan - 11. Bazel - 11. Pünik - 6. Jalgiris - 5.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.