İdman

“Qarabağ”-“Frayburq” matçının biletləri satışa çıxarıldı

28 Oktyabr 2022 14:13
Baxış: 2 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunu üçün biletlər satışa çıxarılıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), "iticket.az"-ın satış məntəqələrindən ("iticket.az"-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın fan-şopundan (11:00-dan 20:00-dək), eləcə də "28 mall" və "Gənclik mall" ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Noyabrın 3-də oynanılacaq "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.