"Real" qışda futbolçu almayacaq.
Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.
İtaliyalı mütəxəssis bildirib ki, yeni oyunçulara ehtiyac duyulmur: "Biz qış transferlərində maraqlı deyilik. Heyət mövsümün sonunadək əvvəlki kimi qalacaq".
Qeyd edək ki, "Real" 11 turdan sonra 31 xalla La Liqanın lideridir.
Milli.Az