“Real” futbolçu almayacaq

29 Oktyabr 2022 19:11

"Real" qışda futbolçu almayacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

İtaliyalı mütəxəssis bildirib ki, yeni oyunçulara ehtiyac duyulmur: "Biz qış transferlərində maraqlı deyilik. Heyət mövsümün sonunadək əvvəlki kimi qalacaq".

Qeyd edək ki, "Real" 11 turdan sonra 31 xalla La Liqanın lideridir.

Milli.Az