İdman

Həyat yoldaşından ayrılmaq Naraya 1 milyona başa gəldi

26 Oktyabr 2022 20:20
Baxış: 1 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray"ın hücumçusu Mauro İkardi ilə keçmiş həyat yoldaşı Vanda Nara arasında problemlər bitmək bilmir.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, argentinalı forvard indi də klub rəhbərliyini məsələyə qatıb.

İkardinin PSJ-dən "Qalatasaray"a icarəyə verilməsinə vasitəçilik edən Nara keçid baş tutduqdan sonra ondan ayrılıb. Ancaq "cim-bom" bu transferə görə Vandaya 1 milyon avro menecerlik haqqı ödəməlidir.

İkardi rəhbərliklə görüşərək, artıq Naranın meneceri olmadığını bildirib və həmin pulu ona verməməsini istəyib. Yalnız bundan sonra "sarı-qırmızılılar" Vanda Naraya verdiyi çeki bloklayıb.

Qeyd edək i, Mauro İkardinin "Qalatasaray"la icarə müddəti mövsümün sonuna qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.