İdman

Gimnastlarımız 26 medal qazandı

25 Oktyabr 2022 07:15
Baxış: 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində bədii gimnastika üzrə 5-ci beynəlxalq yarış keçirilib.

Almaniya, Rusiya, Qazaxstan, Hindistan, Litva, BƏƏ, Sinqapurla yanaşı Azərbaycan da yarışa qatılıb. Vətənimizi bu yarışda beynəlxalq dərəcəli məşqçi Sevil Fərəcovanın rəhbərlik etdiyi "Sportsbox" klubu təmsil edib. 2010-2016-cı il təvəllüdlü gimnastlardan ibarət komandamız yarışda dəfələrlə üçrəngli bayrağımızı zirvələrə qaldırıb.

Belə ki, 21 gimnastla təmsil olunan klub vətənə 11 qızıl, 8 gümüş, 7 bürünc medalla qayıdıb. Gimnastlar arasında çox kiçik yaşlarından vətənimizi çoxsaylı beynəlxalq yarışlarda təmsil edən Mina Abbasova 3 dəfə fəxri kürsüdə yer alıb. O, topla hərəkətlərdə gümüş, gürzlə hərəkətlərdə bürünc medal qazanaraq çoxnövçülükdə 2010-cu il təvəllüdlü gimnastlar arasında bürünc medala sahib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.