İdman

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

21 Oktyabr 2022 23:55
Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubu 37 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "TalkSport" məlumat yayıb.

Buna səbəb onun İngiltərə çempionatının son turunun "Tottenhem"lə oyunun sonunda davranışı olub. Ronaldu oyunun 90-cı dəqiqəsində ehtiyat oyunçular skamyasını tərk edib.

Ronaldu həmçinin, İngiltərə çempionatının 13-cü turunun oktyabrın 22-də keçiriləcək Londonun "Çelsi" klubu ilə oyununda "Mançester Yunayted"in heyətində yer almayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.