İdman

"Qarabağ" - "Olimpiakos" oyunu azarkeş sayına görə 5-ci oldu

16 Oktyabr 2022 11:24
Baxış: 1 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 16 matçda ümumilikdə 400 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 31 200 tərəfdar izləyib.

Ən çox fanat isə "Mançester Yunayted" (İngiltərə) - "Omoniya" (Kipr) oyununda qeydə alınıb. İngiltərədəki matçda 74 310 azarkeş olub.

Qeyd edək ki, "Qarabağ" - "Olimpiakos" qarşılaşmasında qalib müəyyənləşməyib - 0:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.