İdman

"Barselona" Messiyə heykəl ucaldacaq

10 Oktyabr 2022 08:42
Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu karyerasının böyük hissəsini Kataloniya komandasında keçirmiş argentinalı hücumçu Lionel Messinin heykəlini ucaltmaq niyyətindədir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə klubun prezidenti Joan Laporta məlumat verib.

"Biz Leo Messinin heykəlini "Kamp Nou"nun kənarında tikəcəyik. Qərar verilib", - klub prezidenti vurğulayıb.

2021-ci ildə "Barselona"dan ayrılan Messi ikinci mövsümünü Fransanın PSJ klubunda keçirir. Bu mövsüm Messi komandanın Fransa çempionatında keçirdiyi 9 oyunun hamısında meydana çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, Messinin bazar dəyəri 50 milyon avrodur.

Argentinalı "Barselona"nın yetirməsidir. O, 2004-cü ildə əsas komandada debüt edib. Kataloniya klubu ilə birlikdə 35 titula sahib olub. Forvard yeddi dəfə "Qızıl top" qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.