İdman

“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib - FOTO

5 Oktyabr 2022 10:05
Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neftçi" PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Milli.Az xəbər verir ki, veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından  futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. "Neftçi"nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru  olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi "Neftçi" və Naxçıvanın "Araz" klublarında çıxış edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.