İdman

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçularda qəzəb var"

18 Sentyabr 2022 11:37
Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda "Lans"a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis avrokubokda uduzduqları görüşü analiz etdiklərini bildirib: "Bütün diqqətimizi bu qarşılaşmaya yönəltmişik. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Futbolçulara inanıram. Qələbəyə çox ehtiyacımız var".

Fransalı baş məşqçi Fabionun zədə səbəbindən meydana çıxmayacağını söyləyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Nant" - "Lans" matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq. "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.