İdman

Azərbaycan güləşçisindən DÇ-də bürünc medal

17 Sentyabr 2022 23:30
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın sərbəst güləşisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşalı Radoslav Marçinkiyeviçə qalib gəlib - 11:0.

Bu, sərbəst güləşçilərin mundialda ilk medalı olub.
 
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb. Qadın güləşçilər isə mundialı medalsız başa vurublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.