İdman

“Qarabağ” zirvədə, “Kəpəz” uduza-uduza gedir - YENİLƏNİB

1 Sentyabr 2022 20:59
Baxış: 1 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında V tura start verilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, turun ilk günündə bir oyun baş tutub.

Günün yeganə qarşılaşması Qəbələ şəhər stadionunda keçirilib. Son çempion "Qarabağ" ev oyunlarını burada keçirən "Kəpəz"in qonağı olub.

Qurban Qurbanovun aşkar üstünlüyü ilə keçən görüşdə hesab ilk yarının sonlarında açılıb. Abdullah Zubir Ağdam klubunu hesabda önə çıxarıb. Bu, görüşdə vurulan yeganə qol olub. 

"Qarabağ" ardıcıl 4-cü qələbə ilə "Sabah"a çataraq top fərqində liderliyi ələ keçirib. Autsayder isə mövsümdəki 5-ci görüşündə də uduzub.

Qeyd edək ki, turun digər matçları sentyabrın 3-4-də keçiriləcək.

Misli Premyer Liqası
V tur
1 sentyabr (cümə axşamı)
19:00. "Kəpəz" - "Qarabağ" - 0:1
Qol: 
Abdullah Zubir, 44
Qırmızı vərəqə: Tural Rzayev, 50
"Kəpəz": 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 70. Nicat Süleymanov, 27. Samir Məhərrəmli, 37. Ruslan Süleymanov, 72. Zahid Mərdanov, 97. Nicat Məmmədov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Məşqçi: Xaliq Mərdanov
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 7. Riçard Almeyda (k), 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
Qəbələ şəhər stadionu

1

Qarabağ

4

4

0

0

10-1

12

1

Sabah

4

4

0

0

10-2

12

3

Qəbələ

4

3

0

1

8-3

9

4

Neftçi

4

3

0

1

9-5

9

5

Səbail

4

1

1

2

6-6

4

6

Turan Tovuz

3

1

1

1

1-2

4

7

Zirə

4

1

1

2

4-6

4

8

Sumqayıt

4

0

2

2

0-5

2

9

Şamaxı

4

0

1

3

2-9

1

10

Kəpəz

5

0

0

5

4-15

0

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 4, Coy Lens Mikels ("Sabah") - 3 qol

08:43

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Günün yeganə matçı Qəbələdə baş tutacaq.

Ev oyunlarını burada keçirən "Kəpəz" "Qarabağ"ı qəbul edəcək. Qurban Qurbanovun yetirmələri startda ardıcıl 4-cü qələbəsini qazanmaq üçün meydana çıxacaq.

Gəncə təmsilçisi isə baş məşqçi istefasından sonra son çempionla görüşdə yalnız möcüzəyə ümid edə bilər. Xala həsrət autsayderin bu turu da əliboş başa vuracağı gözləniləndir.

Qeyd edək ki, turun digər matçları sentyabrın 3-4-də baş tutacaq.

Misli Premyer Liqası
V tur
1 sentyabr (cümə axşamı)
19:00. "Kəpəz" - "Qarabağ"

Qəbələ şəhər stadionu

1

Sabah

4

4

0

0

10-2

12

2

Qarabağ

3

3

0

0

9-1

9

3

Qəbələ

4

3

0

1

8-3

9

4

Neftçi

4

3

0

1

9-5

9

5

Səbail

4

1

1

2

6-6

4

6

Turan Tovuz

3

1

1

1

1-2

4

7

Zirə

4

1

1

2

4-6

4

8

Sumqayıt

4

0

2

2

0-5

2

9

Şamaxı

4

0

1

3

2-9

1

10

Kəpəz

4

0

0

4

4-14

0

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 4, Coy Lens Mikels ("Sabah") - 3 qol

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.