İdman

"Qarabağ" yeni hücumçunu nə vaxt gətirəcək? - AÇIQLAMA

30 Avqust 2022 14:22
0 Şərh     Baxış: 1 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

 Azərbaycanda transfer pəncərəsinin bağlanmasına 1 gün qalmış "Qarabağ"ın transfer çalışmaları davam edir.

Milli.Az "Fanat.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəl hücumçu transferini gerçəkləşdirəcəkləri tarixdən bəhs edib:

"Komandaya yeni hücumçu götürülməsi gündəmdədir və hazırda baş məşqçimiz Qurban Qurbanov bir neçə variantı nəzərdən keçirir. Azərbaycanda transfer pəncərəsi bağlanmaq üzrədir. Sentyabrın 8-də isə Avropa Liqasında ilk oyunumuza - "Frayburq"la səfər matçına çıxmalıyıq. Məqsəd həmin qarşılaşmaya qədər heyətə yeni hücumçu qatmaqdır. Bunu transfer pəncərəsi bağlanandan sonra da reallaşdıra bilərik. Böyük ehtimalla, azad agent statusu daşıyan forvard götürəcəyik".

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi üzrə sentyabrın 8-də "Fraqyburq"la qarşılaşacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.