İdman

Ronaldo bu kluba keçir - Yeni iddia

28 Avqust 2022 18:22
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Napoli"yə keçməyə razılıq verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "La Gazzeta dello Sport" məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı müqavilə yaxın vaxtlarda tamamlana bilər. "Napoli" Ronaldonu icarəyə götürəcək, "Mançester Yunayted" isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək. "Napoli"nin hücumçu Viktor Osimhen isə İngiltərə klubuna transfer olunacaq. "Mançester Yunayted" onun üçün 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında oynamaq istədiyinə görə onun klubunda ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.