İdman

"Azarkeşlərin məni istefaya səsləməsi normaldır" - "Kəpəz"in baş məşqçisi

14 Avqust 2022 23:03
0 Şərh     Baxış: 1 129
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"yə 2:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfrasında deyib.

62 yaşlı mütəxəssis müdafiədən çıxış etmək istədiklərini söyləyib: "Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir".

Vahabzadə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim. Qulaqlarım yaxşı eşidir".

Baş məşqçi birinci qoldan sonra komandada psixoloji gərginliyin yarandığını söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.