İdman

Konfrans Liqası: “Konyaspor” dayandı, “Başakşəhər” pley-offda

12 Avqust 2022 07:35
0 Şərh     Baxış: 936

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə daha 29 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi "Neftçi" ilk oyunda 2:1 hesabıyla qalib gəldiyi Avstriyanın "Rapid" komandasına səfərdə 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. Bu cütün potensial rəqibi olan "Konyaspor" - "Vaduts" duelində isə Lixtenşteyn təmsilçisi sevinən tərəf olub. Türkiyə klubu səfərdə 1:1 hesablı heç-heçə etdiyi bu rəqibə doğma meydanda 2:4 hesabıyla uduzub. Beləcə, pley-offda "Rapid"in rəqibi "Vaduts" olacaq.

Türkiyənin digər təmsilçisi "Başakşəhər" isə səfərdə 3:1 hesabıyla yendiyi İslandiya "Breydablik"ini doğma meydanda 3 cavabsız qolla məğlub edərək pley-offa yüksəlib.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
9 avqust

Qzira Yunayted (Malta) - Volfsberger (Avstriya) 0:4
İlk oyun - 0:0

B36 Torshavn (Farer adaları) - Viborq (Danimarka) 1:2
İlk oyun - 0:3

10 avqust

Vitoriya (Portuqaliya) - Hayduk (Xorvatiya) 1:0
İlk oyun - 1:3

11 avqust

Kızıljar (Qazaxıstan) - APOEL (Kipr) 0:0
İlk oyun - 0:1

Tobol (Qazaxıstan) - Zrinski (Bosniya və Herseqovina) 1:1
İlk oyun - 0:1

Rakuv (Polşa) - Spartak (Trnava, Slovakiya) 1:0
İlk oyun - 2:0

Bazel (İsveçrə) - Brondbü (Danimarka) 2:1 (penaltilər 3:1)
İlk oyun - 0:1

ÇFR Kluj (Rumıniya) - Şaxtyor (Soliqorsk, Belarus) 1:0
İlk oyun - 0:0

Yurqarden (İsveç) - Sepsi (Rumıniya) 3:1
İlk oyun - 3:1

Hapoel (Beer-Şeva, İsrail) - Luqano (İsveçrə) 3:1
İlk oyun - 2:0

Konyaspor (Türkiyə) - Vaduts (Lixtenşteyn) 2:4
İlk oyun - 1:1

Petrokub (Moldova) - Fehervar (Macarıstan) 1:2
İlk oyun - 0:5

Tvente (Niderland) - Çukariçki (Serbiya) 4:1
İlk oyun - 3:1

Antverpen (Belçika) - Lilleström (Norveç) 2:0
İlk oyun - 3:1

Styaua (Rumıniya) - Dunayska Streda (Slovakiya) 1:0
İlk oyun - 1:0

Panatinaikos (Yunanıstan) - Slaviya (Praqa, Çexiya) 1:1
İlk oyun - 0:2

Universitatya (Krayova, Rumıniya) - Zarya (Ukrayna) 3:0
İlk oyun - 0:1

Başakşəhər (Türkiyə) - Breydablik (İslandiya) 3:0
İlk oyun - 3:1

Anderlext (Belçika) - Payde (Estoniya) 3:0
İlk oyun - 2:0

Aris (Yunanıstan) - Makkabi (Təl-Əviv, İsrail) 2:1
İlk oyun - 0:2

Hibernians (Malta) - RFS (Latviya) 1:3
İlk oyun - 1:1

Klaksvik (Farer adaları) - Ballkani (Kosovo) 2:1 (penaltilər 3:4)
İlk oyun - 2:3

Levski (Bolqarıstan) - Hamrun Spartans (Malta) 1:2 (penaltilər 1:4)
İlk oyun - 1:0

Şkendiya (Şimali Makedoniya) - AİK (İsveç) 1:1 (penaltilər 2:3)
İlk oyun - 1:1

Slayqo Rovers (İrlandiya) - Vikinq (Norveç) 1:0
İlk oyun - 1:5

Lex (Polşa) - Vikinqur (İslandiya) 4:1
İlk oyun - 0:1

Rapid (Avstriya) - Neftçi (Azərbaycan) 2:0
İlk oyun - 1:2

Sent Patriks (İrlandiya) - ÇSKA (Sofiya, Bolqarıstan) 0:2
İlk oyun - 1:0

Alkmaar (Niderland) - Dandi Yunayted (Şotlandiya) 7:0
İlk oyun - 0:1

Jil Visente (Portuqaliya) - Riqa (Latviya) 4:0
İlk oyun - 1:1

Kişvarda (Macarıstan) - Molde (Norveç) 2:1
İlk oyun - 0:3

Yanq Boyz (İsveçrə) - KuPS (Finlandiya) 3:0
İlk oyun - 2:0

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics