İngiltərənin "Çelsi" klubu növbəti transferini gerçəkləşdirib.
Milli.Az report-a istinadən xəbər verir ki, "zadəganlar" İtaliya "Napoli"sindən Kalidu Kulibalini heyətinə qatıb.
32 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən "Napoli"nin formasını geyinib. "Çelsi" daha əvvəl "Mançester Siti"dən ayrılan Rahim Sterlinqlə sözləşmə bağlayıb.
Milli.Az