"Çelsi" "Napoli"nin müdafiəçisini transfer etdi

16 İyul 2022 14:32

İngiltərənin "Çelsi" klubu növbəti transferini gerçəkləşdirib.

Milli.Az report-a istinadən xəbər verir ki, "zadəganlar" İtaliya "Napoli"sindən Kalidu Kulibalini heyətinə qatıb.

32 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kalidu Kulibali 2014-cü ildən "Napoli"nin formasını geyinib. "Çelsi" daha əvvəl "Mançester Siti"dən ayrılan Rahim Sterlinqlə sözləşmə bağlayıb.

Milli.Az