İdman

Konfrans Liqası: Kosovo təmsilçisi darmadağınla növbəti mərhələdə

13 İyul 2022 07:16
0 Şərh     Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, bir qarşılaşma baş tutub.

Kosovoda yerli "Drita" Finlandiyanın "İnter Turku" komandası ilə qarşılaşıb. Finlandiyada baş tutan ilk oyunda "İnter Turku" minimal hesabla üstün olmuşdu. Cavab görüşündə isə Kosovo təmsilçisi 3 cavabsız qolla qalib gələrək mərhələ adlayıb.
 
Bu mərhələnin digər cavab oyunları iyulun 14-də keçiriləcək.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
12 iyul
 
Drita (Kosovo) - İnter Turku (Finlandiya) 3:0 (ilk oyun 0:1)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.