İdman

Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO

10 İyul 2022 09:22
0 Şərh     Baxış: 6 127
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti görüşünə çıxıb.

Milli.Az bildirir ki, ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal - mən onu məğlub edə bilərəm" söyləyib.

Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.