İdman

Tanınmış futbolçu Azərbaycandan təklif alıb

27 İyun 2022 17:22
0 Şərh     Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav karyerasını Azərbaycanda davam etdirə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə 38 yaşlı hücumçunun agenti Evandro Ferreyra açıqlama verib.

O bildirib ki, təcrübəli forvard Azərbaycan, Türkiyə və Braziliya klubları ilə danışıqlar aparır.

Son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.

Qeyd edək ki, daha əvvəl "Sabah" klubunun baş məşqçisi Murad Musayev təcrübəli forvardla maraqlandıqlarını, hətta ona təklif göndərdiklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.