İdman

“Qalatasaray”ın sabiq futbolçusu “Fənərbaxça”da

16 İyun 2022 08:14
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbaxça" heyətini yeni oyunçu ilə gücləndirib.

Superliqa təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Brumanı heyətinə qatıb.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Portuqaliyalı vinger qarşıdakı mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.

Qeyd edək ki, Bruma 2019-cu ildən PSV-də çıxış edir. Portuqaliya yığmasının sabiq üzvü 2020/21 mövsümündə Yunanıstanın "Olimpiakos" klubunda da icarədə oynayıb. "Sportinq"in yetirməsi olan 27 yaşlı futbolçu 2013-2017-ci illər aralığında "Qalatasaray"da forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.