İdman

Ermənistan yığmasının baş məşqçisi mətbuat konfransını yarımçıq qoydu

12 İyun 2022 11:24
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Ermənistan yığmasının baş məşqçisi Xoakin Kaparros səfərdə Ukraynaya 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında çətin vəzityyətə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ukraynalı qadın jurnalistin sualına cavab vermədən konfrans otağını tərk etməli olub.

Media nümayəndəsi Kaparrosdan Ermənistan yığmasının Ukrayna ilə həmrəylik nümayiş etdirməməsinin səbəbini soruşub. Rəqib komandanın mətbuat katibi baş məşqçinin siyasi suallara cavab vermək istəmədiyini söyləyib. Mütəxəssisin özü də bu barədə danışmaq niyyətində olmadığını bir neçə dildə izah etməyə çalışıb. Sonda isə o, mətbuat konfransını yarımçıq qoyub.

Qeyd edək ki, hazırda Ukrayna millisi 2 oyundan 6 xalla B Liqasında 1-ci qrupa başçılıq edir. Ermənistan isə 3 matçdan 3 xalla sonuncudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.