İdman

Tayson Makqreqora məsləhət verdi

5 İyun 2022 17:18
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson qarışıq döyüş (MMA) ustası irlandiyalı Konor Makqreqora məsləhət verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, amerikalı "The Fight Card" podkastının qonağı oldu.

55 yaşlı keçmiş boksçu "Ultimate Fighting Championship" (UFC) turnirinə qayıtdıqdan sonra Makqreqorun perspektivlərindən danışıb. Tayson uzun fasilədən sonra çətin döyüşlərdən qaçmağın vacibliyinə inandığını qeyd edib. O, Makqreqora bir neçə qələbə qazanmağı və yalnız bundan sonra ciddi rəqiblərə keçməyi tövsiyə edib.

Qeyd edək ki, Makqreqor 2021-ci ilin yayından bəri döyüşmür. Sounncu dəfə irlandiyalı Dastin Puaryeyə texniki nokautla məğlub olub. Birinci raundun sonunda onun ayağı sınıb.

Xatırladaq ki, Makqreqor iki çəkidə keçmiş UFC çempionudur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.