İdman

Azərbaycan Premyer Liqasının bombardiri bəlli olub

21 May 2022 21:42
0 Şərh     Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün bombardiri bəlli olub.

Çempionatın ən məhsuldar oyunçusu son turda müəyyənləşib.

Bu gün baş tutan XXVIII tur öncəsi 5 futbolçunun 11, bir oyunçunun 10 qolu olub. Bu "altılıq"dan yalnız Kadi Borqes son turda fərqlənib.

"Neftçi"nin qapısına yol tapan "Qarabağ"ın braziliyalısı mövsümdə 12-ci qolunu vurub. Kadi bununla da komanda yoldaşları Filip Ozobiç, İbrahima Vadji, "Zirə"dən Davit Volkov, "Sabah"dan Coy-Lens Mikelsi arxada qoyub.

Qeyd edək ki, bombardirlər cədvəlində 6-cı olan "Neftçi"nin hücumçusu Tyaqo Bezerra 10 dəfə qol sevinci yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.