İdman

İngiltərəli futbolçu "Liverpul"un tarixinə düşüb

15 May 2022 17:07
0 Şərh     Baxış: 801
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.

Milli.Az "Report"a istinadən bildirir ki, 32 yaşlı yarımmüdafiəçi Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.

Yurgen Kloppun baş məşqçi olduğu komanda son olaraq İngiltərə Kubokunun finalında "Çelsi"ni əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 6:5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.