İdman

"1 xal yaxşı nəticədir" - Rəşad Sadıqov

8 May 2022 22:59
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azersun Arena"dakı matçlarımız uğurlu keçir. Futbolçularıma təşəkkür edirəm. Ağır qrafikdən çıxıblar. Bu gün də uduzmaq istəmirdilər. Kiçik epizodlarımız olsa da, yararlana bilmədik. Final öncəsi bu rəqibə uduzmamaq önəmli idi".

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Qarabağ"la qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

40 yaşlı mütəxəssis rəqibin yaxşı qol imkanları yaxaladığını bildirib: "Bir epizodda top dirəkdən döndü, Anar Nəzirov da əla seyvlər etdi. Bizim üçün 1 xal yaxşı nəticədir. Ötən tur üstün oynasaq da, "Qəbələ"yə uduzduq. Bu gün məğlub olmamaq vacib idi".

Sadıqov bütün fikirlərinin çempionatda olduğunu söyləyib: "Vacib oyunlar keçiririk. Kubokun finalında da mübarizəli oyun gözləyirik. Amma qarşımızdakı rəqib "Qarabağ"dır. Yenə deyirəm, hələlik final haqqında düşünmürəm. Sadəcə, bilirəm ki, maraqlı görüş olacaq. Vaxtımız var. "Qarabağ"ın yeganə üstünlüyü rotasiyalar edə bilməsidir. Finala daha rahat hazırlaşırlar. Biz isə bütün gücümüzlə mübarizə aparırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.