İdman

Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib

8 May 2022 19:26
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdəki "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib. Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmasında isə müvafiq olaraq, Riçard Rapport (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.