İdman

Qurban Qurbanov “8”ə, “Qarabağ” “Neftçi”yə çatıb

3 May 2022 21:06
0 Şərh     Baxış: 1 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün çempionu bəlli olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, yubiley - 30-cu çempionatın qalibi adına "Qarabağ" yiyələnib.

Ağdam klubu XXV turun ilk günündə titulu rəsmiləşdirib. "Sabah"ı qəbul edən Qurban Qurbanovun yetirmələri qızıl medalların təmin olunması üçün kifayət edən nəticəyə imza atıb - 1:1.

Bununla da xal hesabını 59-a çatdıran "Qarabağ" izləyiciləri üçün əlçatmaz olub. İkinci olan "Neftçi"nin 4 oyunu qalsa da, aktivində 47 xal var.

Sona üç tur qalmış qızıl medalları təmin edən "Qarabağ" tarixində 9-cu dəfə çempionluğu bayram edib. Bununla da ağdamlılar "Neftçi"nin rekordunu təkrarlayıb.

Bu, son 9 ildə 8-ci çempionluqdur. Bu uğurlar Qurban Qurbanovun rəhbərliyi altında əldə olunub. Səkkizqat ölkə çempionu olan mütəxəssis bu göstəricidə mütləq rekordçudur.

Qeyd edək ki, "Neftçi" və "Qarabağ"dan başqa, "Kəpəz" üç, "Şəmkir", "Bakı", "İnter" (indiki "Şamaxı") hərəyə 2, "Turan"la "Xəzər Lənkəran" hərəyə 1 çempionluq qazanıb, yarımçıq qalan 2001/02 mövsümünün qalibi müəyyənləşməyib.

Azərbaycan çempionları:
1992. "Neftçi" (Bakı)
1993. "Qarabağ" (Ağdam)
1993/94. "Turan" (Tovuz)
1994/95. "Kəpəz" (Gəncə)
1995/96. "Neftçi" (Bakı)
1996/97. "Neftçi" (Bakı)
1997/98. "Kəpəz" (Gəncə)
1998/99. "Kəpəz" (Gəncə)
1999/2000. "Şəmkir"
2000/01. "Şəmkir"
2003/04. "Neftçi" (Bakı)
2004/05. "Neftçi" (Bakı)
2005/06. "Bakı"
2006/07. "Xəzər Lənkəran"
2007/08. "İnter" (Bakı)
2008/09. "Bakı"
2009/10. "İnter" (Bakı)
2010/11. "Neftçi" (Bakı)
2011/12. "Neftçi" (Bakı)
2012/13. "Neftçi" (Bakı)
2013/14. "Qarabağ" (Ağdam)
2014/15. "Qarabağ" (Ağdam)
2015/16. "Qarabağ" (Ağdam)
2016/17. "Qarabağ" (Ağdam)
2017/18. "Qarabağ" (Ağdam)
2018/19. "Qarabağ" (Ağdam)
2019/20. "Qarabağ" (Ağdam)
2020/21. "Neftçi" (Bakı)
2021/22. "Qarabağ" (Ağdam)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.