İdman

"Fənərbağça" üçün sürpriz baş məşqçi

28 Aprel 2022 20:54
0 Şərh     Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Fənərbağça" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, çoxları İstanbul təmsilçisinin bu posta Xorxe Xesusu gətirəcəyini düşünsə də, "sarı-lacivərtlilər" planı dəyişib.

Portuqaliya mətbuatında yer alan xəbərlərə görə, "Fənərbağça" adıçəkilən ölkənin "Vitoriya Quimarayeş" klubunun çalışdırıcısı Pepayla danışıqlar aparır.

41 yaşlı mütəxəssisin  Super Liqa klubunu çalışdırmaq təklifinə müsbət yanaşdığı bildirilir. Təyinatın yaxın günlərdə açıqlanması ehtimalı da var. 

Qeyd edək ki, "Fənərbağça"ya Vitor Pereyranın gedişindən sonra İsmail Kartal rəhbərlik edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.