İdman

Tanınmış baş məşqçi klub prezidenti ilə mübahisə edib

27 Aprel 2022 22:49
0 Şərh     Baxış: 1 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya "Latsio"sunun baş məşqçisi Mauritsio Sarri ilə klubun prezidenti Klaudio Lotito ilə mübahisə edib.

Milli.Az "report"-a istinadən bildirir ki, insident Roma təmsilçisinin evdə "Milan"a 1:2 hesabı ilə uduzduğu A Seriyasının XXXIV tur matçından sonra baş verib.

Paytaxt təmsilçisinin son dəqiqələrdə buraxılan qolla məğlub olması funksioneri narazı salıb. O, 63 yaşlı mütəxəssisə "Gördün "Milan" necə oynayır, uzun ötürmələrə qadağa qoyulmayıb" deyib. Sarri isə Lotitonun tənqidinə bu cür cavab verib: "Bu, mənim oyun fəlsəfəmdir. Xoşuna gəlmirsə, Stefano Piolini ("Milan"ın hazırkı, "Latsio"nun sabiq baş məşqçisi - E.S) geri qaytar"!

Qeyd edək ki, "Latsio" 56 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.