İdman

Müharibədən danışan Kiyev “Dinamo”sunun futbolçusu ağladı

22 Aprel 2022 18:24
0 Şərh     Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rumıniya mətbuatının suallarını cavablandıran Aleksandr Karavayev göz yaşlarını saxlaya bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kiyev "Dinamo"sunun müdafiəçisi Rumıniyada yerli "CFR Kluj"la oyundan sonra keçirilən mətbuat konfransında danışarkən ağlayıb.

"Sülh naminə matç! Müharibəni dayandır!" şüarı ilə keçirilən oyun Kluj-Napoka şəhərində baş tutub və qolsuz bərabərliklə yekunlaşıb.

Karavaev bütün rumınlara dəstəyə görə təşəkkür edib. O, etiraf edib ki, meydançaya girərək qaçmaq çox çətin idi. Lakin belə bir vəziyyətdə ölkəsi üçün edə biləcəyi yeganə şey qaçqınlar və müharibə qurbanları üçün vəsait toplamaqdır.

Qeyd edək ki, 29 yaşlı Karavayev əslən Xersondandır. O, Ukrayna millisində 40 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.