İdman

Daha bir futbol hakimi Ramazana sayğı nümayiş etdirdi - FOTO

14 Aprel 2022 11:42
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol hakimi müsəlman futbolçu Musse Niahateyə Ramazan orucunu açmağa icazə vermək üçün "Maynz" və "Ayqsburq" arasında Bundesliqa matçını dayandırıb.

Milli.Az moderator.az-a istinadən  xəbər verir ki, bu haqda  "The Independent" nəşri məlumat  yayıb.

"Maynz"ın mərkəz müdafiəçisi Niahate aprelin 2-dən Ramazan orucu tutur. Hakim 65-ci dəqiqədə onun su içməsinə imkan vermək üçün oyunu dayandırıb.
26 yaşlı fransalı müdafiəçi bir qurtum su içdikdən sonra hakimin yanına qaçaraq bu jestinə görə təşəkkür edib.

Xatırladaq ki, aprelin 12-də  Almaniya çempionatının "Leypziq" - "Hoffenhaym" oyununda da iftara görə qısa fasilə verilmişdi. Hakimin matça qısa fasilə verməsində məqsəd  meydan sahiblərinin müdafiəçisi Məhəmməd Simakanın oruc açmasına şərait yaratmaq olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.