İdman

Azərbaycanla oyuna erməni baş məşqçi çıxara bilər

6 Aprel 2022 18:24
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Qazaxıstan baş məşqçisiz qalıb.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, Qazaxıstan Futbol Federasiyası Andrey Karpoviçlə müqaviləni yeniləməmək qərarına gəlib.

41 yaşlı mütəxəssislə görüşən rəhbərlik ona fəaliyyətinə görə təşəkkürünü bildirib. Federasiya baş məşqçi postuna ilk namizədi də müəyyənləşdirib. Millinin sabiq çalışdırıcısı Qriqori Babayana təklif göndərilib.

Hazırda Moskva MOİK-ində köməkçi-məşqçi kimi fəaliyyət göstərən Ermənistan əsilli məşqçinin klubla sözləşməsi mayın sonuna qədərdir. Onun həmin vaxtdan Qazaxıstan yığmasının sükanı arxasına keçməsi gözlənilir. Babayan 2008-2014-cü illərdə də millini çalışdırıb.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında C liqasının III qrupu çərçivəsində ilk oyununu məhz Qazaxıstana qarşı keçirəcək. Qarşılaşma iyunun 3-də "Astana Arena"da baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.